525.Az

Rövnəq Abdullayev: «Rüstəm İbrahimbəyova böyük hörmətimiz var»


 

Rövnəq Abdullayev: «Rüstəm İbrahimbəyova böyük hörmətimiz var»<b style="color:red"></b>

 «Rüstəm İbrahimbəyova böyük hörmətimiz var. Amma ARDNŞ qanunsuz torpaq tutulmalarına ayrı-ayrı fərdlərə görə baxa bilməz».
 
«APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, sözügedən problemlə bağlı ARDNŞ-in minlərlə məhkəmə çəkişməsi var: «O torpaqları bələdiyyələr qanunsuz verib. Yalnız torpaqların şəkli çəkilib, koordinatları isə çəkilməyib. Qarışıq sənədlər təqdim olunub».
 
R.Abdullayev qeyd edib ki, qanunsuz torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yaradılan komissiya araşdırmalar aparır: «Təkcə Bakının Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, tezliklə bu problemlər öz həllini tapacaq».

 





03.12.2012    çap et  çap et