525.Az

Bakıda NATO ilə tərəfdaşlığa dair beynəlxaq tədbir keçiriləcək


 

Bakıda NATO ilə tərəfdaşlığa dair beynəlxaq tədbir keçiriləcək<b style="color:red"></b> NATO-nun Azərbaycanda rezident-əlaqələndiricisi vəzifəsini icra edən Rumıniya səfirliyi Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları və Konfliktologiya İnstitutu ilə birlikdə martın 19-da “NATO-nun Uels sammitindən sonra: Şimali Atlantika Alyansı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” adlı beynəlxalq tədbir təşkil edəcək.
 
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə Azərbaycandakı nazirliklərin nümayəndələri, parlament üzvləri, NATO rəsmiləri, NATO ölkələrinin Azərbaycandakı səfirləri və hərbi attaşeləri, diplomatik korpus üzvləri, ekspertlər, jurnalistlər qatılacaqlar. Konfransın məqsədi Şimali Atlantika Alyansı və tərəfdaş ölkələr arasında, o cümlədən Azərbaycanla əməkdaşlıq perspektivlərinin müzakirəsidir.
 
Tədbirin açılış mərasimində İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru Aytən Mustafayeva və Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu çıxış edəcəklər. Tədbirdə iştirak edəcək NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Vilyam Lahue Uels sammitindən sonra NATO-nun Qafqazdakı tərəfdaşları ilə əlaqələrinin əsas elementlərini diqqətə çatdıracaq.
 





13.03.2015    çap et  çap et