525.Az

Böyükağa Hacıyev: “Mourinyo məndən cavandır, öyrənəcəyi çox şey var”


 

Böyükağa Hacıyev: “Mourinyo məndən cavandır, öyrənəcəyi çox şey var”<b style="color:red"></b>

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Joze Mourinyonu 2012-ci ilin ən yaxşı məşqçisi hesab edir.

Qol.Az saytının müxbiri ilə söhbətində o deyib ki, Xosep Qvardiolanın hazırda işləmədiyini nəzərə alsaq, o zaman üstünlüyü Mourinyoya verir.

Diqqətçəkən açıqlamalarına görə bəzən Mourinyo ilə müqayisə edilməsinə B.Hacıyevin münasibəti belə olub.
 
“Əvvəla Mourinyo məndən cavandır, öyrənəcəyi çox şey var. İkincisi, o, dahidir, gözəl nəzəriyyəçidir, taktikdir. Amma o gözəl praktik ola bilməz, çünki futbol oynamayıb. Mən Mourinyodan bəzi şeyləri öyrənirəm. O, çox savadlı məşqçilərin əlinin altında işləyib. Bu gün Mourinyoya hörmət etməyən məşqçi məşqçi deyil. Əgər gələcəkdə mənim nəticələrim Mourinyonun nəticələrinə yaxın olsa, özümü xoşbəxt hiss edərəm” – deyə B.Hacıyev vurğulayıb. 

 





03.12.2012    çap et  çap et