525.Az

Bakıda il ərzində yol qəzalarının qurbanları- 301 ölü, 1089 yaralı


 

Bakıda il ərzində yol qəzalarının qurbanları- <b style="color:red">301 ölü, 1089 yaralı</b> Bu il Bakıda yol qəzalarında 301 nəfər həlak olub, 1089 nəfər yaralanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 11 ayında paytaxtda 980 yol qəzası baş verib. Ötən ilin 11 ayı ilə müqayisədə qəzalar 101 fakt, ölüm 34 nəfər azalıb, xəsarət 9 nəfər artıb.

Hadisələrin 51 faizi sürət həddinin aşılması, 24 faizi yolayrıcı keçmə qaydalarının pozulması, 17 faizi isə qoşa xətti keçib əks istiqamətli yola çıxma səbəbindən baş verib. Hadisələrin 49 faizi piyadaların vurulması olub.

Hesabat dövründə uşaqlarla bağlı 71 hadisə baş verib, 13 uşaq ölüb, 69 nəfər yaralanıb.
 





03.12.2012    çap et  çap et