525.Az

Dəm qazından 3 nəfər öldü


 

Dəm qazından 3 nəfər öldü<b style="color:red"></b>

İstirahət günləri ölkə ərazisində xeyli insan dəm qazından zəhərlənib.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron rayon sakini Həsən Mövlanov və Suraxanı rayonu ərazisində kirayədə yaşayan Astara rayon sakini Vüqar Yaqubov dəm qazından boğularaq ölüb.

Bundan başqa, Bərdə rayonunun Cəyirli kənd sakini Taleh İsgəndərovun evində, qonaqları Tərtər rayon sakinləri Təhminə Abbasova və onun bacısı Röya dəm qazından zəhərlənib. Xəstəxanaya gətirilmiş Röya orada ölüb, T.Abbasovanın vəziyyəti isə orta-ağırdır.

Dekabrın 2-də Sumqayıt şəhər sakini Vüsal Sadıqov, Abşeron rayon sakini Bahar Abbasova, Gəncə şəhər sakini Talış Hüseynov və Cəlilabad rayon sakini Ayda Amanova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilib.

 





03.12.2012    çap et  çap et