525.Az

Kazanda ölən azərbaycanlıların meyitləri Azərbaycana gətirilib


 

Kazanda ölən azərbaycanlıların meyitləri Azərbaycana gətirilib<b style="color:red"></b>

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların meyiti bu gün Azərbaycana gətirilib.

Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, Muxtarova Tamilla və Paşayev Pərvizin meyitləri bu gün Moskva vasitəsilə Bakıya göndərilib.
 
P. Paşayev doğulduğu Gədəbəy rayonunda, T. Muxtarova isə Cəlilabad rayonunda dəfn olunacaq.
 
Xatırladaq ki, azərbaycanlı sahibkara məxsus “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Hadisə zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilir.
 
Dağıntılar altından çıxarılan 17 meyitdən 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında 1995-ci il təvəllüdlü Paşayev Pərviz və 1961-ci il təvəllüdlü Muxtarova Tamilla da olub. Yaralananlar arasında isə Tağıyev Salam adlı həmyerlimiz var və onun səhhəti artıq yaxşılaşıb.

 





16.03.2015    çap et  çap et