525.Az

İranda başlayıb, Argentinada bitəcək


 

İranda başlayıb, Argentinada bitəcək<b style="color:red"></b>

Söhbət www.etopaz.az-ın bu günkü proqramından gedir. Həftənin bazar ertəsinə olan proqramda ilk oyunlar saat 15:30-da İran çempionatında başlayacaq. Proqramdakı son qarşılaşma isə bizdən çox-çox uzaqda yerləşən Argentinada keçiriləcək. İran çempionatında bu gün maraqlı görüş - Təbriz-Tehran qarşıdurması var.

Cənubi Azərbaycan futbolunun flaqmanı sayılan "Traktorsazi" Tehranda "Perspolis"in qonagı olacaq. Saat 18-də başlayacaq bu görüşdə Tehran təmsilçisi favorit göstərilir (qələbə əmsalı 2.15). Cənublu soydaşlarımızın sevimli komandasının qələbə əmsalı 2.75-ə bərabərdir. Heç-heçə isə 3.10 əmsalla dəyərləndirilir. Bu oyuna tək mərc qəbul olunmadığından "Perspolis" - "Traktorsazi" qarşılaşmasının yer aldığı kuponda azı bir "tək oyun" da yazılmalıdır.

Günün "tək oyun"ları isə "Gənclərbirliyi" - "Trabzonspor", "Nyukasl" - "Viqan" və  "Sevilya" - "Valyadolid" matçlarıdır. Saat 22-də başlanacaq "Gənclərbirliyi" - "Trabzonspor" qarşılaşmasına etopaz.az müştəriləri həm də canlı mərc edə bilər. Bu dueldə "Gənclərbirliyi"nin qələbəsi 2.25, trabzonluların zəfəri isə 2.60 əmsalla dəyərləndirilir. Heç-heçənin əmsalı 3.20-yə bərabərdir. Canlı mərc həvəskarları isə təbii ki, tam fərqli əmsallarla oynayacaq. Gecə 12-də başlayacaq "Nyukasl" - "Viqan" görüşündə də meydan sahibləri favorit sayılır. Bu duel üçün etopaz.az əmsalları belə müəyyənləşdirib: "Nyukasl"ın qələbəsi 1.75, heç-heçə 3.40, "Viqan"ın zəfəri 3.50.  Statistika həvəskarlarının nəzərinə çatdıraq ki, son illərdə "Viqan" "Sent Ceyms Park"da qələbə qazana bilmir. Bu görüşdən yarım saat sonra başlanacaq İspaniya La Liqasının "Sevilya" - "Valyadolid" qarşılaşmasında da statistika meydan sahiblərinin xeyrinədir. "Valyadolid" 10 ildən artıqdır Sevilyada qələbə qazanmır. Bu amili nəzərə alan etopaz.az "Sevilya"nın qələbəsini 1.60 əmsalla dəyərləndirir.

Heç-heçə 3.50, qonaqların qələbə əmsalı isə 4.10-dur. etopaz.az bütün müştərilərinə ugurlu və qazanclı həfrə arzulayır. Bizimlə oynayın, bizimlə qazanın!!!

 





03.12.2012    çap et  çap et