525.Az

Elmar Məmmədyarov Argentinanın yeni müvəqqəti işlər vəkili ilə görüşüb


 

Elmar Məmmədyarov Argentinanın yeni müvəqqəti işlər vəkili ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Alberto Xose Alonsonu qəbul edib.

XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Argentina arasında münasibətlərin inkişafından razılıq ifadə edilib, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Məmmədyarov tərəflər arasında son dövrlər həyata keçirilən qarşılıqlı səfərlərin Azərbaycanla Argentina arasındakı əlaqələrin inkişafına yüksək töhfə verdiyini qeyd edib.

Xose Alonso ölkəmizə təyin olunmasından məmnun olduğunu bildirib, ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olduğunu və öz növbəsində, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb.

 





03.12.2012    çap et  çap et