525.Az

Gürcüstanda iki azərbaycanlı həbs edildi


 

Gürcüstanda iki azərbaycanlı həbs edildi<b style="color:red"></b> Gürcüstan Daxili İşlər Nazirliyi ötən ay İnterpolun xətti ilə axtarışda olan iki Azərbaycan vətəndaşını həbs edib.

APA-nın Gürcüstan mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə bu ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.
 
Noyabrın 29-da Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsində İnterpolun Almaniya bürosunun xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Alimxan Mansurov saxlanıb. O, oğurluqda və səhhətə zərər vurmaqda ittiham olunaraq axtarışa verilib. Alimxan Mansurovun saxlandığı barədə İnterpolun Almaniya bürosuna məlumat verilib, onun ekstradisiyası ilə bağlı proseduralar həyata keçirilir.
 
Digər saxlanan Azərbaycan vətəndaşı isə 2012-ci il avqustun 14-də insan ticarəti ilə əlaqədar axtarışa verilmiş Zemfira İsmayılovadır. O, noyabrın 6-da Gürcüstan-Türkiyə sərhədində saxlanıb və Azərbaycana ekstradisiya edilib.
 





03.12.2012    çap et  çap et