525.Az

Azərbaycanda ilk dəfə Kağız Animasiyası


 

Azərbaycanda ilk dəfə Kağız Animasiyası<b style="color:red"></b> "Addım Gənclər Təşkilatı" bu günlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə  "EkoLogika" adlı gənclərin ekoloji mövzuda maarifləndirilməsi layihəsinə start verib.

Təşkilatın sədr müavini Aynur Salmanovanın Lent.az-a verdiyi məlumata görə,  layihə çərçivəsində paytaxt Bakı və regionlarda xarici və yerli təlimçilərin iştirakı ilə təlimlər, müxtəlif sosial aksiyalar, video nümayişlər  və s. nəzərdə tutulub.

Sosial şəbəkələrdə digər diqqət çəkən məqam isə layihənin dünən gecə saatlarında paylaşılan tanıtım videosu olub. Belə ki layihəni ərsəyə gətirən Addımçılar Azərbaycanda ilk dəfə olaraq Kağız animasiyası (paper animation) janrından istifadə ediblər.

Videonun rejissoru Cavanşir Eladisoy, montaj rejissoru Emin Muradov, ssenari müəllifi Kamran Cavadzadə, rəssam Hüseyn Bağırov, Nərmin Hüseynova , korrektoru Emil İbrahimov olub. Videoroliki Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Selcan Müseyibova səsləndirib.
 





18.03.2015    çap et  çap et