525.Az

Müsəlmanları təhqir edən filmin aktyorlarından açıqlama


 

Müsəlmanları təhqir edən filmin aktyorlarından açıqlama

İslam dünyasında etirazlara səbəb olan "Müsəlmanların məsumiyyəti" filminin 80 aktyoru aldadıldığını bildirib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, aktyorlar ABŞ-dakı qəzetlərə verdikləri elanda və beynəlxalq media quruluşlarına göndərdikləri açıqlamada "Bütün oyunçular çox üzgündürlər və prodüsserin bizdən istifadə etdiyini düşünürük" deyiblər.

Elanda "Yüz faiz filmin arxasında deyilik. Filmin məqsədləri ilə bağlı yanlış istiqamətləndirildik" sözlərinə yer verilib.

Aktyorlar aldadıldıqlarını və filmdəki obrazların dublyajla orjinaldakından fərqli hala gətirildiyini bildiriblər.

Ssenaridəki ifadələrdən təəccübləndiklərini bildirən aktyorlar baş verən faciəyə görə üzüldüklərini qeyd ediblər.

 





13.09.2012    çap et  çap et