525.Az

Xəzərdə itmiş balıqçılar xilas edildilər


 

Xəzərdə itmiş balıqçılar xilas edildilər<b style="color:red"></b>

Xəzər dənizində 4 balıqçı xilas edilib.
 
Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, bazar günü səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxıb və geri qayıtmayan 4 nəfər balıqçının yeri müəyyən olunmuşdur.

Onlardan biri xilas edilərək Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digərləri helikoperin göyərtəsinə qalxmaqdan imtina edib.

Məlum olub ki, qayıq yanacaq bittiyi üçün dənizdə qalıb. Digər 3 balıqçı isə saat 23:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, qayıq isə yedəyə alınıb.

 





04.12.2012    çap et  çap et