525.Az

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert veriblər


 

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert veriblər<b style="color:red"></b>

Novruz bayramı ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin tələbələri bir sıra təhsil ocaqlarında konsert proqramı ilə çıxış ediblər.

Mart ayının 16-da da ADMİU-nun professoru, Xalq artisti Canəli Əkbərov başda olmaqla  Universitetin tələbələri Azərbaycan Dövlət Pedaqoji Universitetində çıxış ediblər. "Xalq çalğı alətləri ifaçılığı" kafedrasının müəllim və tələbələrinin müşayiəti ilə Canəli Əkbərov, Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova kimi tanınmış xanəndələrin tələbələri Anar Abbasov (II kurs), Famil Kərimov (II kurs), Xalid İmanov (I kurs), Şəhran Əliyeva (I kurs) və Fərhad Ramazanov (I kurs) Muğam təsniflərindən ibarət gözəl repertuarla tədbirdə iştirak ediblər. 

ADPU-nun müəllim və tələbə heyətinin iştirak etdiyi konsertdə, gənc xanəndələrin ifasında Segah, Bayatı- Şiraz, Mahur, Şur təsnifləri səslənib.

Tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov da çıxış edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, "Şöhrət" və "Şərəf" ordenli, Prezident təqaüdçüsü, Xalq artisti Canəli Əkbərova və  tələbələrə, həmçinin konsertin təşkilatçılarına təşəkkürünü bildirib.

 





18.03.2015    çap et  çap et