525.Az

Uorlik cəbhədə baş verən son toqquşmaları pisləyib


 

Uorlik cəbhədə baş verən son toqquşmaları pisləyib<b style="color:red"></b> ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmanı pisləyib.
 
APA-nın məlumatına görə, C. Uorlik bu barədə “Twitter” hesabında yazıb.
 
“Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”, - deyə C. Uorlik qeyd edib.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısının alındığını, düşmənin 20-dək hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.    
 





21.03.2015    çap et  çap et