525.Az

Dövlət komitəsi mehmanxana obyektlərinin dövlət standartını təsdiq edib


 

“Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” dövlət standartı təsdiq edilib"

Dövlət komitəsi mehmanxana obyektlərinin dövlət standartını təsdiq edib<b style="color:red"></b> Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 745-2012 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” dövlət standartını təsdiq və tətbiq vaxtını 10 dekabr 2012-ci il tarixindən müəyyən edib.
 
525.az-ın məlumatına görə, standart “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Turizm və yerdəyişmə vasitələrinin xidmətləri” üzrə Texniki Komitə tərəfindən hazırlanıb.

Mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə meyarlarının tətbiq edilməsinin məqsədləri xidmətlərin səviyyəsinə dair vahid qiymətləndirmə metodikasının istifadəsi, obyektiv təsnifatın aparılması, təsnifat üzrə xidmətlərin monitorinqinin həyata keçirilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya koməyin göstərilməsi və sairədir.
Standartda mehmanxanaların tipləri, mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə sisteminin təşkili və təsnifatın keçirilmə qaydaları geniş şəkildə əks olunub.
 





04.12.2012    çap et  çap et