525.Az

ABŞ «Green Card» viza lotereyasını ləğv edir


 

ABŞ «Green Card» viza lotereyasını ləğv edir<b style="color:red"></b>

ABŞ Konqresinin Aşağı Palatası hər il keçirilən «Green Card» viza lotereyasının ləğv edilməsinə dair səs verib.

«APA-Economics»in məlumatına görə, lotereya çərçivəsində verilən mühacirət (immiqrasiya) vizaları bundan sonra ABŞ-da bakalavrdan yuxarı səviyyədə təbii, dəqiq və texniki elmlər üzrə təhsil alan xarici vətəndaşlara veriləcək. Yeni qanunun qəbul olunmasının təşəbbüskarı respublikaçı Darrel Ayssa (Kaliforniya) olub. Onun fikrincə, hazırda ABŞ-ın sonda ölkədə iş yerləri yaradacaq insanlara ehtiyacı var. D.Ayssanı 245 konqresmen dəstəkləyib, 139 nəfər isə bu qanunun əleyhinə çıxış edib.

 





04.12.2012    çap et  çap et