525.Az

XİN-dən açıqlama


 

XİN-dən açıqlama<b style="color:red"></b>

“Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq hər bir dövlətin suveren qərarıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hikmәt Hacıyev İsrailin terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməklə bağlı tövsiyəsinə münasibət bildirərkәn deyib.
 
“Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür”, - deyә mәtbuat katibi söyləyib.

 





26.03.2015    çap et  çap et