525.Az

“Plüralizmin əsas əhəmiyyəti odur ki, müxtəlif fikirlər içərisindən həqiqəti seçmək imkanı verir”


 

“Plüralizmin əsas əhəmiyyəti odur ki, müxtəlif fikirlər içərisindən həqiqəti seçmək imkanı verir”<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müdiri, Gürcüstanın əməkdar jurnalisti, professor Həmid Vəliyev qəzetimizə müsahibəsində həm özünün jurnalistika sahəsinə gəlişi bu istiqamətdəki fəaliyyəti barədə danışıb, həm ümumən mətbuatımızın müxtəlif sahələrinə, inkişaf tarixinə müqayisəli nəzər salıb.

Mən Gürcüstanda dünyaya gəlmişəm. Orada boya-başa çatmışam. Bizim ailəmizdə əsasən riyaziyyata maraq böyük idi. Mərhum böyük qardaşım o vaxtkı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. Bu sahə üzrə xeyli irəliləmişdi. O, riyaziyyatın o vaxtlar yeni sayılan kibernetika sahəsi üzrə yaxşı müətəxəssis olub. Mən isə hələ yeniyetməlikdən yazı-pozuya maraq göstərirdim. Hələ orta məktəbdə oxuyarkən həm Azərbaycan, həm rus dilində indiki dillə desək, jurnalist materialları hazırlayırdım. İlk oçerkim 1956- ildəStalin yoluqəzetində çap olunub. Oçerk bütün rayonda, hətta rayonun ərazisindən uzaqlarda yayılmışdı. Hamı onu oxuyurdu. O vaxt deyəsən səkkizinci sinifdə idim. Sonralar yazılarım rayon qəzetlərindən başqa Tiflis mətbuatında dərc edilirdi. Komsomol fəalı olduğuma görə, Tiflisdə iki qəzetin müxbiri təyin olunmuşdum. Tez-tez yazılarım çıxırdı. Beləliklə, jurnalistikaya həvəsim artdı qərara gəldim ki, bu mənim həyatda seçəcəyim yeganə sahədir. Mən bu peşəni  çox sevirdim. Jurnalistikaya sevərək bu sahəyə gəlmək bu peşənin dərinliklərinə yiyələnməyi təmin edir. Hələ qəbul olunmamışdan əvvəl yazmağa başladınsa, sadəcə olaraq sonradan oxuduğun dövrdə bunu təkmilləşdirirsən.  Sovet dövründə qəbul qaydası indikindən fərqli idi. Hansı sahəni istəyirdinsə,  o sahəyə imtahan verirdin. Qəbul olsan olurdun, olmasan gedirdin istehsalata.  Həvəsi olanlar sonrakı illərdə yenidən həmin ixtisasa imtahan verirdilər. Amma indi abituriyentlər bir neçə ixtisas seçirlər. Çox vaxt istəmədikləri bir fakültəyə qəbul olub oxuyurlar. Mən ilk qəbulda jurnalistikaya imtahan verib 19 bal topladım. Həmin vaxt mövcud 20 bala qarşı 19 bal toplamaq yüksək nəticə idi. Bircə imtahandan dörd almışdım, qalan hamısından qiymətlərim əla idi. Jurnalistikaya qəbul üçün 20 bal lazım olduğundan kəsildim kəndə qayıtdım. Avqustun sonlarında universitetdən teleqram gəldi ki, siz Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin rus bölməsinə daxil olmusunuz. Mən təəccübləndim ki, mən hara, hüquq hara? O vaxt belə hesab edirdim ki, hüqüqşünaslar özlərini müəyyən qədər cəmiyyətdən yuxarı tuturlar. Mənə elə gəlirdi ki, hüquq sahəsini lovğa adamlar seçirlər. 300-dən artıq abituriyentin içərisində yeganə mən idim ki, rus dilindən imtahandan əla almışdım. Bu səbəbdən hüquq fakültəsinin rus bölməsinə qəbul etmişdilər. Lakin mən oxumağa getmədim. Qərara gəldim ki, ya mütləq jurnalist olacağam, ya da ümumiyyətlə, ali təhsil almayacağam. Elə tanıdığım adamlar vardı ki, on il jurnalistikaya imtahan veriblər ki, məhz jurnalist olsunlar. Belələri sonradan yaxşı jurnalist kimi yetişir. Gələn il yenidən jurnalistikaya sənəd vermək fikrində qalaraq orta məktəbdə pioner baş dəstə rəhbəri kimi işlədim. Bu, pedaqoji təcrübə hesab olunurdu. İşlədim, eyni zamanda Tiflisdə radioda çalışdım. Sonra da rayon qəzetində fəaliyyət göstərdim. 1959-cu ildə yeni qərar çıxdı ki, Azərbaycan Dövlət Universitetinin hüquq jurnalistika fakültəsinə yalnız iki illik təcrübəsi olanların sənədləri qəbul ediləcək. Beləliklə, yenə jurnalistikaya yolum müvəqqəti bağlandı. 1960- ildə mayda sənədlərimi filologiya fakültəsinin jurnalistika şöbəsinə verdim qiyabiyə qəbul oldum. Beləcə, bir qədər gec olsa arzuma çatdım.

Sovet dövrünün jurnalisti çağdaş həmkarından çoxmu fərqlənirdi?

Sovet dövründə jurnalistika ağır sahə sayılırdı. Belə ki, texniki imkanlar indiki kimi deyildi. Bundan əlavə, jurnalistlərin öz sözlərini demək üçün imkanları məhdud idi. Yəni ürəyindən gələni deyə bilmirdin. İdeoloji cəhətdən mətbuat çox siyasiləşmişdi. O dövr üçün mətbuata partiyalı mətbuat deyilirdi. Kommunist partiyası nəyi diktə edirdisə o da olmalı idi. Şübhəsiz ki, o dövrdə öz millətin, xalqın, ölkən haqqında da müəyyən söz demək mümkün idi. Yəni öz xalqını, millətini, ölkəni, respublikanı qədər istəsən tərifləyə bilərdin. Necə ki, Səməd Vurğun öz məlum şeiri ilə  Azərbaycan abidəsi yaratmışdı. Buna görə   o şeiri bu gün böyükdən- kiçiyə hamı əzbər bilir, dünyanın bir çox dillərinə tərcümə olunub. O şeir bizim Azərbaycanımız haqqında elə dolğun təsəvvür yaradır ki, inanmıram ki, hansısa jurnalist Azərbaycanın surətini o dərəcədə işləyib-yarada bilsin.

Amma sovet dönəmindən fərqli olaraq indi elə dövrdür ki, hamı öz sözünü açıq deyə bilir. İndi plüralizm dövrüdür. Plüralizmdə isə müxtəlif, rəngarəng fikirlər özünü göstərir. Plüralizmin əsas əhəmiyyəti odur ki, bu müxtəlif fikirlərin içərisindən həqiqəti seçmək imkanı verir. Doğrudur, hərənin öz həqiqəti var, həqiqəti hərə bir cür qəbul eləyir. Şübhəsiz ki, ağıllı adamlar öz milləti, xalqı haqqında olan dolğun fikirləri məqbul hesab edirlər. Amma açığını deyim,  xırda bir məsələni şişirdib xalqın ziyanına fəaliyyət göstərənlərdən mənim xoşum gəlmir. Sadəcə olaraq heç elə bir cəmiyyət yoxdur-hətta xəyali, utopik  cəmiyyətlər belə nöqsanlardan xali deyil. Yəni  nöqsan həmişə olur, sadəcə olaraq bütün qüvvələr səfərbərliyə alınmalı, o nöqsanların aradan qaldırılması üçün şərait yaradılmalıdır. Amma bir məsələ var ki, bəziləri nöqsanı ağlagəlməz dərəcədə şişirdirlər, hər şeyi hakimiyyətə bağlamağa cəhd göstərirlər. Əslində belə deyil. Hakimiyyətin həyata keçirdiyi işləri görməmək nankorluqdur. Bu gün həm Bakıda, həm bölgələrdə gedən inkişafı görməmək yalnız qərəzdən irəli gəlir. Xüsusilə Heydər Əliyev Fondu bu gün ən müxtəlif sahələrdə fəaliyyət göstərir, hakimiyyətin quruculuq siyasətini davam etdirir. Bütün bunlar çox vacibdir. Biz cəmi 21 ildir ki, sovet imperiyasının caynağından çıxmışıq, müstəqillik əldə etmişik. Əlbəttə ki, müstəqilliyimizin ilk illəri çox çətin idi. Son 10-12 il ərzində görülən işləri nəzərdən keçirəndə insan doğrudan da iftixar hissi keçirir. Baxın, Bakı qədər gözəlləşib, qədər yeniliklər yaradılıb. “Avroviziyanın burada keçirilməsi əslində bizim ölkəmiz üçün böyük hadisədir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqdadır. Bizi dəstəkləyənlərin sayı artıq çoxalır. Bir sıra beynəlxalq təşkilatlardakı mövqeyimiz, eləcə Azərbaycanın həyata keçirdiyi neft strategiyası da bunu isbatlayır.

Özünüzü daha çox praktik, yoxsa nəzəriyyəçi jurnalist hesab edirsiniz? 

Mən bütün ömrüm boyu praktik jurnalist olmuşam. Bu gün belədir. Məqalələrim çap olunur, mətbuatda heç bir nöqtəsinə, vergülünə dəymədən dərc edirlər. Bakı Dövlət Universitetində mənim əməyimi lazımi dərəcədə qiymətləndiriblər. “Əkinçiqəzetinin 130 illiyində prezidentin sərəncamı iləTərəqqimedalına layiq görülmüşəm. Bakı Dövlət Universitetinin 90 illiyində mənəAzərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisiadı verilib. 2004- ilin iyununda Jurnalistika fakültəsinin nəzdindəBeynəlxalq jurnalistikakafedrası yaradılıb. Bu kafedranın yaradılmasında rektorumuzun böyük əməyi olub. Amma mən belə bir kafedranın yaradılmasının çoxdan arzusundaydım. 2004- ilin dekabrından bu kafedranın müdiri vəzifəsində çalışıram. Mən həmişə özümü paralel olaraq həm nəzəriyyəçi, həm praktik jurnalist hesab etmişəm indi belədir.

Nəzəriyyəçi praktik jurnalist olaraq sovet dövrü mətbuatının müasir jurnalistikamızla müqayisəsini aparanda hansı nüanslar ortaya çıxır?

Birinci onu qeyd edim ki, sovet dövründə mətbuat orqanlarının sayı son dərəcə az idi insanların mətbuatda çıxış eləmək imkanları son dərəcə məhdud idi. Adamlar yalnız bir şey bilirdilər ki, yuxarıdan göstəriş veriləcək bu göstəriş əsasında nəsə olacaq. Vahid ideologiya, vahid konsepsiya vardı bundan kənara çıxmaq mümkün deyildi. Sovet dövründə jurnalistlər böyük nüfuz sahibi idilər, o nüfuzu da onların özlərindən çox, hakimiyyət yaratmışdı. Yəni qəzetdə adi şöbə müdiri vəzifəsinə təyin olunmaq üçün gərək təcrübən olaydı, gərək əqidən lazımi səviyyədə olaydı, yəni səni ələ almaq mümkün olmayaydı, bəzi məsələlər vardı ki, onlardan uzaq durmaq lazım idi partiya nəyi diktə edirdisə, onu həyata keçirməliydin. O dövrdə jurnalistlər rayonlara gedəndə sözün əsl mənasında rəhbər işçilər əl-ayağa düşürdülər. Rayona hansısa qəzetin redaktor müavininin gəlişini rayon partiya komitəsinin birinci katibindən tutmuş sıravi işçilərə qədər hamı bilirdi. Hamı çalışırdı ki, özünü elə aparsın ki, jurnalist razı qalsın, gedib onları mərkəzdə dilə-dişə salmasın. O dövrdə tənqid çox təsirli idi. Təsirli olmasının səbəbi hakimiyyətin jurnalistin sözünü əhəmiyyətli hesab etməsi ilə bağlı idi. Məsələn, kimsə tənqid olunarsa, dərhal onu partiya orqanları müzakirə edərdilər, qərar çıxarardılar. Əgər o vəzifəli şəxsdirsə, hərdən cəzalandırma şiddətli töhmətlə yekunlaşmazdı, bəzən onu vəzifəsindən uzaqlaşdırardılar sair. Yəni onda istər-istəməz bundan yazan adamın nüfuzu qalxırdı. Amma bəzən əksi baş verirdi, jurnalist yazırdı, yazısında qərəz olsa, pis vəziyyətə düşürdü. Yoxlamalar aparılırdı, vay o gündən ki, jurnalistin səhvi ola, qərəzlilik eləmiş ola, onda jurnalisti cəzalandırırdılar, qəzeti düzəliş verməyə məcbur edirdilər. Ona görə o vaxtlar deyirdilər ki, mətbuatın gücü partiya rəhbərliyindədir. Bunu hətta şüara çevirmişdilər. Amma indi mətbuatın həminki gücünü görmürəm. Qəzetlərdə tənqidi materiallar gedir, televiziyada kadrlar göstərilir, amma heç bir nəticəsi olmur. Məsələn, AzTV- əgər tənqidi kadrlar gedirsə, dövlət kanalı olduğuna görə, yenə az-çox reaksiya verilir, problem ortadan qaldırılır. Amma özəl televiziyalarda bir az vəziyyət başqadır. Çox vaxt dedikləri elə orda da qalır. Bunun dəfələrlə şahidi olmuşam. Qəzetlərdə tənqid məsələsi fərqlidir. Elə qəzetlər var ki, ümumiyyətlə, tənqidi yazılar çap etmirlər. Elə qəzetlər var ki, yalnız nöqsanları qabartmaqla məşğuldur. Deyim ki, hər iki mövqe millətimizə lazım deyil. Bəzən müxalifət qəzetlərində elə tənqidi yazılar gedir ki, millətə heç vermir, sadəcə onu parçalamağa xidmət edir. müxalifətin, iqtidar qəzetlərinin birtərfəli informasiya siyasətinin əlehinə deyiləm. Lakin milləti parçalamağın, cəbhələrə bölməyin əleyhinəyəm. Plüralizmin tərəfdarıyam. Amma hesab edirəm ki, 9 milyon əhalisi olan bir ölkədə 50-dən artıq partiya olmalı deyil.

Plüralizmin təmini baxımından onların mövcudluğunu normal hesab etmirsinizmi?

Say nisbətinə görə, 50 partiyanın mövcudluğunu normal hesab eləmirəm. Kiçik bir ölkə üçün fikrimcə, bu, böyük rəqəmdir. Çünki partiya çox olduqca, hər partiyanın arxasınca 100 nəfər getsə, bu millətin hansı birliyindən danışmaq olar?

Sovet dövründəki kimi xalqınvahid partiya ətrafında birləşməyinimiməqbul hesab edirsiniz?

Yox, bunun da tərəfdarı deyiləm. Amma gəlin, konkret misal kimi ABŞ-a nəzər salaq. Uzun illərdir ki, orada əsas iki partiya respublikaçılar demokratlar fəaliyyəti göstərir. İngiltərə çoxpartiyalı sistemdir, amma hakimiyyətə cəmi iki partiyanın gəlmək imkanı olur: leyboristlər mühafizəkarlar. Adını çəkdiyim hər iki ölkədə onlar növbə ilə mübarizə apararaq hakimiyyətə gəlirlər. İndi mən onu əsas gətirərək deyirəm ki, Azərbaycanda bu qədər partiya olsa da onların çox böyük hissəsinin sosial bazası yoxdur. Elə isə onların formal fəaliyyəti  kimə lazımdır? Bizim bu gün çoxlu partiyalara parçalanmaq vaxtımız deyil. Millətimizin bu qədər problemləri varkən, bölünməyimizə ehtiyac var? Bizim  indi bir nömrəli düşmənimiz ermənilərdir, bir nömrəli problemimiz Dağlıq Qarabağ. Ermənilərin tərəfdarları olan ölkələr isə bu gün xristian təəssübkeşliyini ortaya ataraq bəzən belə bölünmələrdən, parçalanmalardan öz xeyirlərinə istifadə edə bilərlər. Həmişə bu faktoru nəzərə almalıyıq. Biz parçalanmamalıyıq. Bizim plüralizmimiz bölünməyə yox, milli-mənəvi birliyə aparıb çıxarmalıdır. Biz  hələ Qarabağ problemini həll edək, İranla münasibətlərimizi normal quraq, Gürcüstandakı azərbaycanlılarla bağlı problemlərimizi yoluna qoyaq,sonra çoxlu partiyalar yaratmaqla məşğul olarıq. 

Dedikləriniz belə düşünməyə əsas verir ki, onda siz mətbuat orqanlarının say çoxluğunu da qəbul etmək istəmirsiniz?

Bəli, doğru təxmin etmisiniz. Çoxpartiyalı sistemin tərəfdarı olmadığım kimi belə kiçik bir ölkədə 4 mindən artıq mətbu orqanın olmasının da əleyhinəyəm. Bu qədər Kütləvi İnformasiya Vasitəsini yaradanlar onun bəhrəsini görmək fikrindədirlər. Amma heç bəhrəsini görə bilmirlər. İstərdim ki, mətbuat sahəsində yalnız yalnız jurnalistika fakültəsini bitirənlərin, yaxud da bu sahədən kifayət qədər başı çıxanların işləməyini istəyirəm. Jurnalistikadan başı çıxmayan bir şəxs bu gün iki-üç nəfəri, xüsusilə qadınları işə götürüb hərəsinə üç-dörd  vəsiqə verib göndərirobyektlərə”. Onlar da şantaj müxtəlif üsullarla qəzet buraxmaq niyyətini əldən vermirlər. Belə Kütləvi İnformasiya Vasitəsi olmaz. Belə-belə şeylər bu gün jurnalistikanı ucuzlaşdırır, jurnalist adını ucalıqdan salır. Fikrimcə, qəzetləri qeydiyyata alarkən onların redaktorlarının təyini məsələsini həll etməlidirlər. Fikirləşirəm ki, Ədliyyə Nazirliyi qeydiyyata alarkən redaktoru da orada müəyyənləşdirilməlidir. Bunu onların işinə qarışmaq kimi qələmə vermək doğru deyil. Kadr seçmək onların işinə qarışmaq deyil. Belə olmasa, reketçilik kimi özbaşınalıqlara son vermək mümkün olmayacaq.

Müasir mediaya münasibətiniz necədir?

Müasir media vasitələri jurnalistikanın qollarıdır. Amma onlayn, sosial mediaya nəzarət zəif olduğundan orada çoxlu səhvlərin şahidi oluram. İnformasiya ilə bağlı səhvlər çox olur. Hər sayt, portal eyni informasiyanı fərqli şəkildə, müxtəlif faktlar əsasında çatdırır. Xəbər eyni cür olmalıdır. Eyni məlumata müxtəlif  yanaşma yolverilməzdir. Məsələn, bir az ironik olsa da deyəcəyəm. “Ay tutulduinformasiyasını bizim bəzi mətbuat orqanlarımız elə bir vəziyyətdə cəmiyyətə təqdim edirlər ki, sanki ayın tutulmasında da hakimiyyət günahkardır. Mən belə şeyləri heç qəbul edə bilmirəm. Çünki bu jurnalistikada peşə etikasına da sığmır. Jurnalist işini elə qurmalıdır ki, hamı ona inansın. Çünki jurnalistika ictimai təsir vasitəsidir. İctimai əhəmiyyəti olmayan yazı qəzet səhifəsinə, televiziya ekranına çıxmamalıdır. Jurnalistika ağır olduğu qədər maraqlı, nüfuzlu  sahədir. Amma jurnalistlər çalışıb onu maraq dairəsindən kənara çıxarmamalı, nüfuzdan salmamalıdırlar. Təəssüf ki, bəzən bu sahə məsuliyyətsiz adamların fəaliyyət göstərdiyi bir sahəyə çevrilir. Bu həm çoxluqla bağlı bir problemdir. Jurnalistika hər baxımdan təmiz sahə olmalıdır. Jurnalist nüfuzunu qoruyub saxlamaq, jurnalist adını yüksəkdə tutmaq lazımdır. Gərək jurnalist özü özünü vicdan tərəzisinə qoymağı bacarmalıdır. Mən cəsarətlə deyərdim ki, Azərbaycandakı qədər mətbuat azadlığı dünyanın heç bir ölkəsində yoxdur. Ancaq bəziləri bu azadlıqdan şüurlu istifadə etsə , bəziləri şüursuzcasına yararlanır, yaxud da yararlanmağa çalışır. İnzibatçılığın əleyhinə olsam da, bütün hallarda mətbuata müəyyən mənada nəzarətin olmasının tərəfdarıyam.  Azərbaycanda Mətbuat İnformasiya Nazirliyinin tez ləğv olunduğunu düşünürəm. Xarici ölkələrdə, tutalım, İngiltərədə mətbuat azadlığı, senzura  jurnalistlərin məsul rəhbərlərin məsuliyyəti üzərində qurulur. Onlar bilirlər ki, nəyi vermək olar, nəyi yox. Məsələn, ABŞ-da mətbuat azadlığı var. ABŞ-ın jurnalistləri barəsində necə istəyirlərsə, elə yazırlar. Amma bəziləri yenə deyir ki, ABŞ-da mətbuat azad deyil. Bunu onunla əsaslandırırlar ki, ABŞ-ın ərazi bütövlüyü, amerika xalqının mənafeyindən söhbət gedəndə mətbuat azadlığı  yoxdur. ABŞ-ın milli mənafeyi ziddinə olan materialları mətbuatda vermirlər. Deməli, mətbuat azadlığı da nisbi anlayışdır. Hətta özünü demokratiyanın beşiyi hesab edən ABŞ-da da. Mütləq mənada müstəqil mətbuat azadlığı yoxdur, ola da bilməz.  Çünki məsuliyyətli jurnalist hər şeydən əvvəl özü öz senzurasını təmin edir etməlidir.

Məşhur fransız yazıçısı jurnalisti Onore de Balzak  Fransa mətbuatı haqqında monoqrafiyasında fransız mətbuatı ilə ingilis mətbuatını müqayisə edib. Araşdırmalar nəticəsində bu qərara gəlib ki, fransız jurnalisti əvvəlcə jurnalistdir, sonra fransızdır. Bundan fərqli olaraq ingilis jurnalisti əvvəlcə ingilisdi, sonra jurnalistdir. Bu o deməkdir ki, fransız jurnalisti bizim bəzi jurnalistlərimiz kimi informasiya alırsa, götürüb qəzet  səhifəsinə çıxarır. Milli mənafeyi heç nəzərə almırlar. Amma ingilislər isə əvvəlcə vətənlərinin mənafeyini önə çəkirlər. Əgər İngiltərənin ziyanınadırsa, bunu qətiyyən yazmazlar. Mən bunun tərəfdarıyam. Hesab edirəm ki, bizim jurnalistlərimiz əvvəlcə azərbaycanlı olmalıdır, sonra jurnalist. Bununla bağlıƏvvəlcə azərbaycanlı olaq, sonra jurnalistadlı məqalə çap etdirmişəm. Bədnam qonşularımız amma bu sahədə ən əvvəl ermənidirlər, sonra jurnalist.

İnformasiya cəmiyyəti anlayışını nəzəriyyəçidən eşitmək oxucularımıza da maraqlı olardı

Şübhəsiz ki, informasiya cəmiyyəti çox maraqlı cəmiyyətdir. Amerikalı tədqiqatçılar artıq onu çoxdan proqramlaşdıraraq elan ediblər ki, 2020-ci ildə ABŞ-da informasiya cəmiyyəti artıq informasiya cəmiyyətinə keçəcək. Bunun qarşısında duran əsas məsələlər ondan ibarətdir ki, əvvəla, jurnalistika lazımi səviyyədə dövr üçün hazır olmalıdır. Maddi-texniki baza məsələsi tamamilə həll olunmalıdır. Buraya bir çox məsələlər daxildir. İnformasiya cəmiyyəti proqramlaşdırmasına əsasən insanların yalnız 11 faizi maddi nemətlər istehsalı ilə, 89 faiz isə texnologiyaların inkişafı ilə məşğul olacaq. İnformasiya cəmiyyətinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri çoxdur. Amma sözügedən cəmiyyətdə informasiya artıq alınıb satılan əmtəə rolunu oynayacaq. Düzdür, bu gün informasiya əmtəədir. Amma  informasiya cəmiyyətində cəmiyyətin özü bütünlüklə əmtəə formasında olacaq. Mən elə düşünürəm, müxtəlif ölkələr bu cəmiyyətə müxtəlif vaxtlarda hazır olacaqlar. Amma Azərbaycan da hal-hazırda informasiya cəmiyyətinə doğru gedir.

Mətbuatımızın gələcəyi ilə bağlı hansı fikirdəsiniz?

Düşünürəm ki, qəzetlərin sayı azalacaq. Çünki oxucusu olmayan qəzet sıradan çıxmağa məcbur olacaq. İnternet mediası qədər inkişaf etsə , mən qəzetlərin aktuallığını yüksək qiymətləndirirəm. Şəxsən  Exo”, “525-ci qəzet”, “Zerkaloqəzetlərini bəyənirəm daima onları oxuyuram. Ümumiyyətlə, mətbuatımızın gələcəyi haqqında nikbin fikirdəyəm. Mətbuata bu qədər azadlığın verildiyi bir ölkədə jurnalistika mütləq inkişaf edəcək.

Sevinc MÜRVƏTQIZI

 

 





04.12.2012    çap et  çap et