525.Az

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın inkişafı üçün mühümdür”


 

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın inkişafı üçün mühümdür”<b style="color:red"></b>

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, "Tomson" fondunun təsisçisi Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb.

APA-nın Londonda olan müxbirinin sualını cavablandıran Tom Çandos I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm amil  kimi qiymətləndirib.
 
Onun sözlərinə görə, idman ilk növbədə insanları və ölkələri birləşdirən çox gözəl vasitədir. “I Avropa Oyunları Azərbaycan dövlətinə, xalqına və idmana mühüm fayda verəcək”.
 
Böyük Britaniya və Azərbaycan əlaqələrinə toxunan T.Çandos iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün gözəl imkanların olduğunu bildirib. O, xüsusilə media sahəsindəki münasibətlərin ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynaya biləcəyini deyib.
 
Qeyd edək ki, “Paşabank”ın,  “British Council”  və “Tomson” fondunun təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Londonda səfərdədir.

 





27.03.2015    çap et  çap et