525.Az

Obama və Ərdoğan arasında telefon danışığı olub


 

Obama və Ərdoğan arasında telefon danışığı olub<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriya, İraq, Yəmən və Ukraynanı müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.   
 
“Liderlər Suriyanın mötədil müxalifətinin seçilmiş üzvlərinin təlimi və silahlandırılması proqramını müzakirə ediblər”, deyə açıqlamada bildirib. Tərəflər həmçinin əcnəbi silahlıların Suriyaya axınını müzakirə edib.

Obama Türkiyənin 2 mln suriyalı qaçqını qəbul etdiyinə görə  Ərdoğana təşəkkürünü bildirib. 
 
“Liderlər həmçinin Yəmən və Ukraynadakı son hadisələri, İranın nüvə proqramına dair danışıqlar prosesini müzakirə ediblər, bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilib.  

 





27.03.2015    çap et  çap et