525.Az

"İran və “altılıq” bütün məsələləri bir neçə gün ərzində həll etmək niyyətindədirlər"


 

"İran və “altılıq” bütün məsələləri bir neçə gün ərzində həll etmək niyyətindədirlər"<b style="color:red"></b>

Tehran və “altılıq” İranın nüvə proqramına dair olan bütün ziddiyyətləri qarşıdakı bir neçə gün ərzində həll etməyə çalışacaqlar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
 
“Biz danışıqları davam etdiririk. Biz lazımi istiqamətdə irəliləmişik. Sazişin hər-hansı bir hissəsindən danışa bilmərik, çünki proses hələ sona çatmayıb”, deyə o bildirib.
 
Nazirin sözlərinə görə, tərəflər arasında bütün məsələlər üzrə anlaşma əldə olunmalıdır: “Biz bütün məsələləri bir neçə gün ərzində həll etməyə çalışacağıq”.

 





27.03.2015    çap et  çap et