525.Az

Abel Məhərrəmov: «Gənclər humanitar sahələrə daha çox maraq göstərirlər»


 

Abel Məhərrəmov: «Gənclər humanitar sahələrə daha çox maraq göstərirlər» “Bugünki reallıq ondan ibarətdir ki, gənclər humanitar elmlərə daha çox maraqgöstərirlər. Əgər bugün humanitar elmlərlə fundamental-təbiət elmlərininmüqayisəsini aparsaq görərik ki, ali məktəblərə qəbul imtahanlarında yüksək baltoplayan gənclər humanitar sahələrə daha çox maraq göstərirlər”.

Bunu 525.az-aaçıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.O bildirib ki, son 10 ildə iki sahə arasındakı bu nisbət müsbətə doğru artıb.

A.Məhərrəmovun sözlərinə görə, hətta bu il Bakı Dövlət Universitetinin “Dünyaiqtisadiyyatı” fakultəsində ən aşağı bal 600, “Kibernetika və tətbiqi riyaziyyat”fakultəsində isə 530 bal olub: “Amma əvvəllər bu ixtisaslara az balla daxilolurdular. Yəni birdən-birə radikal və inqilabi dəyişiklik olmasa da artan dinamikabizi sevindirir. Gənclərin artıq təbiət və fundamental elmlərə marağı artır. Arzuedərdim ki, kənd təsərrüfatı sahəsinə də maraqlar artsın. Müsbət dinamikanın osahədə yayılmasında dövlətin diqqət və qayğısının, hazırlanan strateji sənədlərinmüəyyən təsiri olacaq”.

S.QARAYEVA
 





13.09.2012    çap et  çap et