525.Az

Nyu Yorkda güclü partlayış


 

Nyu Yorkda güclü partlayış<b style="color:red"></b>

Nyu Yorkun Manhetten rayonunun İst Villic məhəlləsində qazın partlaması nəticəsində üç bina uçub, dörd binaya isə ciddi ziyan dəyib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə meqapolisin fövqəladə hallar xidmətinin məlumatında bildirilir. 
 
Məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Yanğının söndürülməsi istiqamətində tədbirlər hələ də davam edir. Yanğınsöndürənlər   zədələnmiş binalardan sakinlərin hamısını artıq təxliyə edib.  Hadisə baş verdiyi əraziyə kənar şəxslər buraxılmır. 
 
Yerli KİV-lərin məlumatına görə, insidentdən əvvəl partlayışın baş verdiyi binanın qaz təchizatı  sistemində təmir işləri aparılıb.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

 





27.03.2015    çap et  çap et