525.Az

Ərdoğan İranı ittiham etdi


 

Ərdoğan İranı ittiham etdi<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın regionda hakim mövqe tutmaq niyyətinin dözülməz olduğunu bildirib.

“İran bölgədə hökmranlıq etməyə çalışır. Bu artıq ABŞ-ı, Səudiyyə Ərəbistanını və Fars körfəzi ölkələrini qıcıqlandırmağa başlayıb. Bu həqiqətən də dözülməzdir və İran bunu görməlidir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ərdoğan  Yəməndəki hərbi əməliyyatı şərh edərkən bildirib.
 
Türkiyə prezidenti Yəməndəki qarşıdurmanın məzhəb arası münaqişəyə çevrildiyini qeyd edərək İranı şiə üsyançılarını (husilər) dəstəkləməyə son qoymağa çağırıb.  
 
“İran mövqeyini dəyişməlidir. Yəmən, Suriya və İraqdakı qüvvələrini geri çəkməlidir və onların ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, deyə Ərdoqan bildirib.  
 
Qeyd edək ki, ötən gün  Ərdoğan vəziyyətin inkişafından asılı olaraq Türkiyənin Yəməndəki əməliyyata loqistik dəstək verəcəyinin mümkünlüyünü qeyd edib.
 
Bu arada Ərdoğanın mətbuat katibi bildirib ki, Yəməndəki hadisələrə baxmayaraq, prezidentin İrana rəsmi səfəri nəzərdə tutulan tarixdə, yəni aprelin əvvəlində,  həyata keçiriləcək.

 





27.03.2015    çap et  çap et