525.Az

"SOCAR-Polymer"in polipropilen istehsalı zavodunun podratçı şirkəti seçilib


 

"SOCAR-Polymer"in polipropilen istehsalı zavodunun podratçı şirkəti seçilib<b style="color:red"></b>

"SOCAR-Polymer" neft-kimya layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşası üçün texniki-iqtisadi əsaslandırmanı (TİƏ) həyata keçirəcək podratçı şirkət müəyyənləşib.

“APA-Economics” “Russian Petrochemical Community” analitik informasiya mərkəzinin saytına istinadən xəbər verir ki, bu barədə "SOCAR-Polymer"in Baş direktorunun müavini Emil Eminov məlumat verib.
 
Onun sözlərinə görə, SOCAR layihənin maddi texniki-iqtisadi əsaslandırmasında podratçı kimi “Tecnimont” şirkətini seçib. E. Eminov bildirib ki, aprelin 4-də podratçı şirkətlə müqavilə imzalanacaq.“Biz polietilen istehsalı layihəsi üzrə podratçını bir qədər sonra seçəcəyik”, -deyə E.Eminov qeyd edib.
 
Qeyd edək ki, layihəyə əsasən Sumqayıt Kimya Sənaye Parkında polipropilen və polietilen istehsalı üzrə zavodların tikintisi nəzərdə tutulur. Zavodlarda polietilen istehsalı illik 120 min ton, polipropilen istehsalı isə 180 min ton təşkil edəcək. 2016-cı ildə polipropilen istehsalına başlanması nəzərdə tutulur. İstehsal olunan məhsulların Türkiyə və Qərbi Avropa bazarlarına ixracı planlaşdırılır.

 





27.03.2015    çap et  çap et