525.Az

Baş Dövlət Yol Polis İdarəsindən sürücülərə müraciət


 

Baş Dövlət Yol Polis İdarəsindən sürücülərə müraciət <b style="color:red"></b>

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, bayram günlərinin bitməsi ilə əlaqədar paytaxta və regionlara səfər edən sərnişinlərinin sayının artması səbəbindən bəzi sürücülər sərnişindaşıma qaydasını kobud şəkildə pozublar.
 
K. Əliyev müvafiq konstruksiyası olmayan avtobus və ya mikroavtobuslarda sürücü sərnişinin ayaq üstə getməsinə və yaxud nəzərdə tutulan oturacaq sayından artıq sərnişinin daşınmasına görə məsuliyyət daşıdığını bildirib:
 
”Onlar 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsilərinin sahibləri 150 manat məbləğində cərimə olunacaqlar”.

 





27.03.2015    çap et  çap et