525.Az

“İtkin düşmüş insanlarla bağlı vəziyyət regionda gərginliyin artmasına səbəb olur”


 

“İtkin düşmüş insanlarla bağlı vəziyyət regionda gərginliyin artmasına səbəb olur”<b style="color:red"></b>

“Azərbaycanla Ermənistan arasında baş verən münaqişənin ən faciəvi nəticələrindən biri minlərlə insanların, qadınların, uşaqların itkin düşməsidir”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasına ünvanladığı müraciətdə deyilib.
 
Müraciətdə qeyd olunub ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən 4500 azərbaycanlın taleyi barədə məlumat yoxdur:

“İtkin düşmüş insanlarla bağlı vəziyyət onların ailələrinin ciddi əziyyət çəkməsinə, regionda gərginliyin artmasına və münaqişənin sülh yolu ilə həlli prosesinin ləngiməsinə səbəb olur. İtkin düşmüş şəxslərlə bağlı humanitar məsələlər siyasi alət kimi istifadə olunmamalı, münaqişənin siyasi həllindən asılı olmamalıdır. İtkin düşmüş şəxslərin taleyi barədə məlumat almaq onların ailələrinin fundamental hüququdur və təmin olunmalıdır.
 
Münaqişə tərəflərinin itkin düşmüş hesab edilən şəxslərin taleyi ilə bağlı mümkün tədbirləri həyata keçirməsi və onların taleləri barədə ailələrini əldə olan bütün məlumatlarla təmin etməsi beynəlxalq humanitar və digər beynəlxalq hüquqda öz əksini tapıb”.
 
Müraciətdə deyilir ki, Ermənistan prezidentlərin 2014-cü il oktyabr görüşündə əldə olunan razılaşmanın tətbiqindən imtina edir:

“Fransa prezidentinin təşkilatçılığı ilə keçirilən həmin görüşdə tərəflər itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi aparmaq və Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında səlahiyyətli şəxslər arasında birbaşa əməkdaşlıq formalaşdırmaq barədə razılığa gəliblər. Azərbaycan tərəfi hesab edir ki, Parisdə əldə edilən razılaşmanın həyata keçirilməsi hələ də yaxınları barədə məlumat gözləyən minlərlə insanların acısının yüngülləşdirilməsi üçün əhəmiyyətli addım olacaq. Həmçinin bu kimi humanitar problemlərin həlli tərəflər arasında etimadın gücləndirilməsinə və münaqişə ilə bağlı sülh danışıqları prosesi üçün əlverişli mühit yaranmasına töhfə verəcək.

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq hüquq normalarına uyğun şəkildə öz öhdəliklərini yerinə yetirməyə və münaqişənin sülh yolu ilə həlli istiqamətində iddia etdiyi istəyini praktik şəkildə tətbiq etməyə çağırır. Həmçinin biz ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-ə üzv ölkələri bu sahədə Ermənistana təzyiqləri artırmağa çağırırıq”. 

 





27.03.2015    çap et  çap et