525.Az

Bağlanan daha bir yolda nəqliyyatın hərəkəti bərpa edilib


 

Bağlanan daha bir yolda nəqliyyatın hərəkəti bərpa edilib<b style="color:red"></b> Babək prospektinin və Yusif Səfərov küçəsinin  Heydər Əliyev  prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün tam açıqdır.
 
“APA-Economics” Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC mətbuat katibliyinə istinadən xəbər verir ki, artıq  Babək prospektindən Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələri tunel vasitəsilə Yusif Səfərov küçəsinə çıxaraq  yeni salınan hissədə dönmə əməliyyatı edib həmin istiqamətlərə maneəsiz hərəkət edə bilərlər.
 
“Heydər Əliyev prospektinə isə Babək prospektindən birbaşa çıxmaq  mümkündür. Hərəkət istiqamətində edilən dəyişiklik həmin ərazidə yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb”, - deyə məlumatda vurğulanır.
 





27.03.2015    çap et  çap et