525.Az

Azarkeşləri "Neftçi"ni iki min manat ziyana saldı


 

Azarkeşləri "Neftçi"ni iki min manat ziyana saldı<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda qərara alınıb ki, Premyer Liqanın XV turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunsun. Oyunun 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitə atıldığı üçün klub 2000 manat cərimə edilib.

Premyer Liqaın XIV turunun “Qarabağ” – “Turan” matçında “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqasının XV turunun “Qəbələ” – “Bakı” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final “Turan” – “Xəzər Lənkəran” matçının 90+3-cü dəqiqəsində “Turan”ın qapıçısı Andrey Popoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

 





04.12.2012    çap et  çap et