525.Az

Türkiyədə qadın idmançıların hicab geyinməsinə qadağa ləğv edilib


 

Türkiyədə qadın idmançıların hicab geyinməsinə qadağa ləğv edilib<b style="color:red"></b> Türkiyə İdman Nazirliyi qadın idmançıların hicab geyinməsinə qadağanı ləğv edib.

Bu barədə Trend çərşənbə axşamı "Resmi Qazete"yə istinadən məlumat verir. Bununla da qadın idmançılar yarış və məşqlərdə hicabda ola biləcəklər. Qadağanın ləğv edilməsindən sonra qadın idmançılar qeydiyyatdan keçərkən hicablı şəkillərindən istifadə edə biləcəklər.

Son vaxtlar Türkiyə hökuməti hicab geyinilməsi ilə bağlı haqları genişləndirir. Belə ki, bu gün qızlar hicabda məktəb və universitetlərə gedə bilərlər.
 





04.12.2012    çap et  çap et