525.Az

Qənirə Paşayeva Gürcüstandakı millət vəkillərimizlə görüşüb


 

Qənirə Paşayeva Gürcüstandakı millət vəkillərimizlə görüşüb<b style="color:red"></b> Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstandan gəlmiş nümayəndə heyəti ilə görüşüb.

525.az-ın məlumatına görə, Qənirə Paşayeva Gürcüstan Parlamentinə yeni seçilmiş azərbaycanlı millət vəkili Mahir Dərziyev, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, "Qeyrət"xalq hərəkatının sədri Əlibala Əsgərov, Milli azlıqların hüquqlarının müdafiəsi üzrə monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov, Qafqaz Araşdırmalar Mərkəzinin təmsilçisi Kamran Ramazanlının daxil olduğu Gürcüstandan gəlmiş nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan və Gürcüstan Parlamentləri arasındakı əlaqələr, xüsusilə Gürcüstan vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Görüş zamanı nümayəndə heyətinin üzvləri bir sıra təkliflər səsləndiriblər və həmin təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq onların qaldırdıqları məsələlərin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəkdir.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti, cənab prezident İlham Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır. "Azərbaycanın Gürcüstanla bağlı həyata keçirdiyi siyasətdə, layihələrdə, Azərbaycan tərəfindən bu ölkəyə qoyulan böyük investisiyalarda, açılan iş yerlərində təbii ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız hər zaman böyük diqqət mərkəzində olur. Ona görə də mən ümid edirəm ki, soydaşlarımızın qaldırdıqları bəzi təkliflər də öz həllini tapa biləcək. Biz də Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu olaraq bəzi dövlət qurumları ilə bu istiqamətdə müzakirələri daha da artıraraq, onların həlli istiqamətində səylərimizi daha da gücləndirəcəyik", - deyə millət vəkili əlavə edib.
 





04.12.2012    çap et  çap et