525.Az

Üçüncü sınaq imtahanına yazılış başlayır


 

Üçüncü sınaq imtahanına yazılış başlayır<b style="color:red"></b>

Azərbaycanda keçiriləcək üçüncü sınaq imtahanına yazılış başlayır.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, komissiya tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

 





29.03.2015    çap et  çap et