525.Az

Asim Mollazadə Vaşinqtonda Transatlantikanın problemlərindən danışacaq


 

Asim Mollazadə Vaşinqtonda Transatlantikanın problemlərindən danışacaq<b style="color:red"></b>

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə IV Avropa-ABŞ Forumunda iştirak etmək üçün Vaşinqtona gedib.

525.az-ın məlumatına görə, forumda “Transatlantik dilemmaların gücü: strateji, iqtisadi və sosial” mövzusu müzakirə olunacaq və A.Mollazadə panellərin birində mövzu ilə bağlı çıxış edəcək. Forum Polşanın Şərq Araşdırmaları İnstitutunun və ABŞ-ın Con Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzi tərəfindən təşkil olunub.

Forumun keçirilməsində məqsəd ABŞ və Avropa ittifaqından olan aparıcı liderlərin, Transatlantik ictimaiyyətin qarşısında duran strateji, iqtisadi və sosial tələbləri, enerji problemlərini, iqtisadi böhranın hazırkı vəziyyətini araşdıraraq onların effektiv həllinə dair müzakirələr aparmaqdır.  Buradakı siyasi və intellektual debatlarda Transatlantikanın problemlərinin cəmiyyətə necə təsir etdiyi, ümumi məqsədlərə çatmaq üçün enerji resurslarından səmərəli istifadə yolları, ABŞ və Avropa arasında əməkdaşlıq üçün yeni çərçivələri necə tapmaq barədə fikir mübadiləsi aparılacaq. Forumda ABŞ və Avropa ölkələrinin hökumət və parlament nümayəndələri, nüfuzlu fondların, beyin mərkəzlərinin rəhbərləri, aparıcı siyasi partiyaların liderləri, müxtəlif sahələr üzrə dünyada tanınmış ekspertlər iştirak edəcək.

Kamil Həmzəoğlu

 





04.12.2012    çap et  çap et