525.Az

Bakının mərkəzində baş verən sürüşmədə aktivlik davam edir


 

Bakının mərkəzində baş verən sürüşmədə aktivlik davam edir<b style="color:red"></b>

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolunun sağ tərəfində - "Bəyoğlu" restoranının qarşısındakı ərazidə dekabrın 1-də baş vermiş sürüşmə sahəsində aktivləşmə var.

Bunu çərşənbə axşamı jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə gərginlik davam edir, lakin stabillik yaranmadığından hələ hər hansı tədbirin görülməsi vacib hesab olunmur.

Ekspedisiya rəisi deyib ki, sürüşmə aktivləşərsə və yola doğru hərəkət edərsə belə, bu, yolun sıradan çıxması üçün heç bir təhlükə yaratmır.

"Sürüşmə zonasından yuxarı olan evlər üçün elə bir təhlükə yoxdur. Əsasən, oradakı hasarlar üçün təhlükə gözlənilir. Belə ki, evlər dayanıqlı süxurlar üzərində inşa edilib, yamac isə dayanıqsız və sukeçirici süxurlardandır. Ona görə də süxurlar nəmləşdiyindən öz dayanıqlığını itirib. Yamac həddindən artıq sərt, dik yamacdır. Bu da sürüşməyə meyillilik yaradır", - Qaralov əlavə edib.

 





04.12.2012    çap et  çap et