525.Az

Bakıda bağça tərbiyəçisi 4 yaşlı uşağa işgəncə verib


 

Bakıda bağça tərbiyəçisi 4 yaşlı uşağa işgəncə verib<b style="color:red"></b>

Məsələ ilə bağlı polis araşdırmalara başlayıb

Bakı şəhərinin Yasamal rayon Polis İdarəsinə bağça tərbiyəçisinin əməli ilə bağlı müraciət edilib. İdarədən Lent.az-a verilən məlumata görə, İnşaatçılar prospektində yaşayan Əmirova Fidan Nizami qızı ərizə ilə müraciət edərək bildirib ki, 4 yaşlı oğluna bağçada fiziki təsir göstərilib. Qadın qeyd edib ki, oğlu Nahidi xeyli müddətdir, 11 saylı məktəbəqədər tərbiyə müəssisəsinə-uşaq bağçasına qoyur. Noyabrın 29-da axşamüstü uşağı bağçadan götürüb evə gətirdikdən sonra onun bədənində xəsarətlər görüb. Bundan başqa, uşağın əlinin içində də deşik açılıb.

Məlum olub ki, bağçada Təranə adlı tərbiyəçi 4 yaşlı uşağın şıltaqlığı qarşısında aciz qalıb. Tərbiyəçi günorta yatmayan azyaşlıya işgəncə verib.

Hazırda polis tərəfindən məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.

 





04.12.2012    çap et  çap et