525.Az

“Şahdəniz” yatağında problem yaranıb


 

“Şahdəniz” yatağında problem yaranıb<b style="color:red"></b>

Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağındakı 2 saylı quyuda problemlər yaranıb və quyu təmirə dayandırılıb.

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ekspertlər quyudakı problemin aradan qaldırılması üzərində işləyirlər: «Bu işin tezliklə başa çatmasını biz də istəyirik, çünki artıq qışdır və bizə əlavə qaz lazımdır».

R.Abdullayev həmçinin qeyd edib ki, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlər qrafikə uyğun olaraq gedir və bununla bağlı ARDNŞ-in və hökumətin iradları yoxdur: «Bura «Şahdəniz» yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və s. layihələr aiddir. Bu işlər qaydasında, qrafikə uyğun olaraq gedir»

 





04.12.2012    çap et  çap et