525.Az

"Bölgələrdən paytaxta" adlı layihə bu dəfə Qubaya həsr edilib


 

"Bölgələrdən paytaxta" adlı layihə bu dəfə Qubaya həsr edilib<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.

Layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi (BŞMTİ), Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixini, müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ-tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.

S.ABDULLAYEVA

 





31.03.2015    çap et  çap et