525.Az

Dərd böyük, sual çox, cavab yox...


 

Dərd böyük, sual çox, cavab yox...<b style="color:red"></b>

Qloballaşan, nəyisə nəyəsə inteqrasiya olunan (ən acığım gələn kəlmələr olsa belə, işlətməyə məcburam) dünyada gündəlik qayğı və narahatlıqlardan başımızı qaldırıb az qala rəngini belə unutduğumuz göyə baxmağa macal tapmadığımız bir vaxtda bir çox tənqidçilər ölkədə ədəbi prosesin ləng getdiyini deyir, hadisəyə çevriləcək səviyyədə əsərlərin yazılmadığından, bəlalarımızı, tarixi reallıqları və başımıza gətirilən (və ya gələn) faciələri tam və dolğun əks edirən bir bədii nümunələrin yaranmadığından əndişələnir və digər bir tərəfdən də ədəbiyyatın bu gün oxucu sarıdan korluq çəkdiyini vurğulayırlar.

Qəribə də olsa, ağrılı da olsa... bu həqiqətdir. Amma tam yox... Çünki yaxşı əsər, müasir jurnalistikanın təbirincə desəm, "gündəmə bomba kimi düşən və şok effekt yaradan" roman, povest, poema - bir sözlə nəsr və poetik nümunənin bazarda istehlakçısı-yəni alıcısı - toxunduğumuz mövzuda isə oxucusu yoxsa, onsuz da o hədəfdən yayınan güllə təsiri bağışlayacaq. Müəllifin də, naşirin də zəhməti hədər gedəcək! Çünki hər hansı bir bədii əsəri oxumaq üçün günlərlə növbə gözləyən və ya cibindəki çörək pulunu belə arzuladığı kitabı almaq naminə xərclədiyinə hefslənməyən oxucu, razılaşın ki, indi yoxdur!

Hər biriniz həyətlərdəki zibil qutularının yanına evlərin müasir mebel və elektron avadanlıqlarının fonunda uyumsuz görünən kitab şkafları və rəfləri ilə bərabər heç kəsin vərəqini belə açmadığı qalaq-qalaq kitabların da atıldığına şahidsiniz... Çünki 1988-ci ildən üzü bu yana zorla cəlb edildiyimiz müharibə, dünyada baş verən ağlasığmaz hadisələr, hər yerdə alovlanan savaş ocaqları bir vaxtın potensial oxucusu sayılan valideynlərin - artıq orta nəsil adlandırılanların fikrində, düşüncə və məntiqində mənəvi dəyərləri ikinci plana sıxışdırmağa səbəb olduğundan, yeni nəsil - bu gün marağının internet ve telefonla zorlandığından ürək ağrısı ilə danışdığımız gənclər - məktəbdə təhsildən, asudə vaxtlarında kitabxana, klub və mədəniyyət saraylarındakı dərnəklərdən uzaqlaşmaq məcburiyyətində qaldılar ki, bu da tədricən ünsiyyət və nitq mədəniyyətinin, ədəbi dil normalarının unudulmasına səbəb oldu.

Bu gün ürək ağrısı ilə etiraf etməli oluruq ki, illərlə cilalanan və qorunan mənəvi dəyərlərin yerini, yeni məşğuliyyətlər tutub, on minlərlə, yüz minlərlə yeniyetmə (hətta kiçik yaşlı uşaqlar belə) öz mənəviyyatının, zövqünün, ən başlıcası sağlamlığının belə, aşılanması hesabına gözlərini telefonların, ayfonların, kompüterlərin ekranına zilləməklə, bütün insani maraq və həzzlərini orada tapmaq kimi çox zərərli bir gerçəkliklə baş-başadılar. İnsanların sifətindəki gülüş azalıb, adamlar arasında rabitə və ünsiyyət bağları tənəzzülə uğramağa başlayıb və təəssüf ki, Azərbaycan, mobil və elektron rabitədən bu cür israfçılıqla istifadədə, məncə, ilk onluğa daxil ola bilər!

Təbii ki, bu mövzu ətrafında günlərlə polemika aparmaq mümkündür, amma bu gün biz daha çox ədəbi prosesdə müasir ədəbiyyatın problemlərini çözələyərkən bu məsələyə də diqqət yetirməliyik deyə düşünürəm və bu fikirdəyəm ki, bizim qəzet səhifələrində çoxdan unudulmuş gözəl bir ənənə - "Dəyirmi masa" disputları davam etdirilməli, televiziya və radio proqramları reytinq xatirinə ucuz və keyfiyyətsiz şou proqramları hazırlayan bir qrup özfəaliyyət səviyyəli işbazlardan yaxa qurtarıb daha çox millətin gələcəyini düşünməli, özündə milli-mənəvi dəyərləri, adət-ənənələri ehtiva edən yüksək ədəbi-bədii və maarifləndirici verilişlərə üstünlük verməlidir...

Biz əlimizdəki bu nəhəng tribunadan istifadə edərək cavanlara kitabı sevdirməli, mütaliəyə alışdırmalıyıq. Verilişlərdə yeni kitablar, yeni tamaşalar, rəssam və heykəltaraşların yaradıcılıq nümunələri, gənclərimizin həyatın müxtəlif sahələrində əldə etdiyi uğurlar təbliğ olunmalıdır, dünya şöhrətli bəstəkar Qara Qarayevi, dramaturq Cəfər Cabbarlını, maestro Niyazini, dahi Hüseyn Cavidi tanımayan "toy müğənniləri" yox!

Yəqin ki, yaradıcılığı, yenicə çapdan çıxmış kitablarındakı yazıları barədə söz açmaq istədiyim yazıçı-publisist Salatın Əhmədlinin də adı bu gün qəzet oxumayan, ədəbi proseslərlə maraq göstərməyən cavanlara heç nə deməyəcək! Amma mən Mirzə Cəlil kimi "sözümü o kəslərə demək istəyirəm ki...onlar məni eşidəcəklər!

Salatın Əhmədlinin son iki kitabına bədii nəsrin şah qolu sayılan hekayələri toplanıb. Bu kiçik ədəbi janrın təsir gücü barədə dahilərin fikrindən iqtibas gətirib vaxtınızı almaq niyyətində deyiləm. Son illər yaxşı tanıdığım bir neçə müəllifin hekayə kitabını çox böyük maraqla oxumuşam və bəyənmişəm. Bu müəlliflərdən biri də Salatın Əhmədlidir. Onun "Zirzəmidə məzar" və "Başdaşı əməliyyatı" kitabları elə adından da göründüyü kimi yuxarıda bəhs etdiyimiz "müharibə" ədəbiyyatı mövzusunda söz demək cəhdidir.

 

Və məncə, müəllif bilərəkdən, müasir oxucunun iri həcmli əsərlər oxumaq üçün vaxt və hövsələ qıtlığını nəzərə alaraq, hekayə janrını seçib.Bu hekayələr birbaşa müharibəyə, onun insan psixologiyasına vurduğu sağalmaz yaralara, həyatın ən böhranlı anında belə öz daxili "mən"inə sadiq qalan bəşər övladının yaşantılarına, Vətən, Torpaq, Ailə sevgisinin can qorxusunu belə üstələdiyini ön plana çəkməyə çalışır, məkrli düşmən qarşısında qürur, təmkin və ləyaqətini, insanlıq adının mahiyyət və şərəfini qoruyub saxlayan Azərbaycan insanının yaşantılarını qələmə alır. Bu kiçik hekayələrdə böyük mətləblərə toxunan müəllif bir qadın fəhmi ilə hiss edir ki, ermənilərin və onların minsifətli havadarlarının bilavasitə dəstəyi, bəzən açıq-aşkar, bəzən də gizli və hiyləgər planlarını həyata keçirmək üçün alətə çevirdikləri ermənilər əslində ən böyük hədəflərinə çatmaq üçün Şeytanla belə saziş bağlamağa hazırdılar. İllər boyu məhz bu hədəflərə sarı yüyürən haylar üzdə özlərini yazıq və zavallı göstərərək ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarına üz tutmuş, yerli əhalinin qapısında nökər, qulluqçu işləmiş, uyğun məqam tapan kimi öz çirkin niyyətlərini həyata keçirməyə nail olmuşlar. Onlar havadarlarının köməyi ilə bizim dədə-baba torpaqlarımızda dövlət yaratmış, yer-yurd adlarımızı hamının gözü qarşısında erməni sözləri ilə əvəz etmiş, dünənəcən çəkməsindən öpdüklərinin var-yoxunu əlindən almış, evinə-mülkünə yiyələnmiş, sərvətini talan etmişlər.

Salatın Əhmədli də milyonlarla soydaşımız kimi yaxşı bilir ki, Rusiyanın və Qərb dövlətlərinin, habelə dünyaya hegemonluq edən ABŞ-ın dəstəyi, ikili standartları, məsələyə yanaşma mexanizmindəki üzgörənliyi olmasa, xalqımız qısa müddətdə erməniləri nəinki son illər işğal etdiyi torpaqlardan, hətta 19-cu əsrin son onilliklərində köçürüldükləri və sonralar yiyələndikləri Qərbi Azərbaycan torpaqlarından da qovub çıxarmağa qadirdir, amma neyləyəsən ki...

Müəllifin, Qarabağ problemi, zorla cəlb edildiyimiz müharibə ilə bağlı bir-birindən maraqlı və təbii ki, çox ağrılı hekayələrində ustalıqla işlətdiyi priyomlar, oxucunun diqqətinin sona qədər saxlamaq məharəti sübut edir ki, Salatın xanım ermənilərin xislətini dərindən öyrənib, onların xəyanətkarlığının dönə-dönə şahidi olub, bu murdar məxluqların bizim ürəyimizin yumşaqlıqdan, insanpərvərliyimiz və səmimiyyətimizdən necə bəhrələndiklərini görüb.

Salatın xanım böyük məharətlə düşmənlərimizin simasındakı maskanı yırtmağa, onların əsl sifətini hər kəsə göstərməyə nail olur. Onun "Başdaşı əhvalatı" hekayəsinin süjet xətti ilk baxışdan bəlkə də adi və bəsit görünə bilər. Çünki illər boyu bu ikiayaqlı canavarlar Azərbaycana məxsus o qədər maddi dəyərlərə sahib çıxıb, tarixi dəyər kəsb edən mədəniyyət abidələrimizi məhv ediblər ki..bu faktın özünü də adi qarşılamışıq...

Hekayənin əsas hədəfi Qarabağdan Ermənistana köçüb gedən bir erməninin əməlləridir.O illər boyu dostluq elədiyi azərbaycanlıdan babasının başdaşını İrəvana aparmaqda ona kömək etməsini xahiş edir. "Dostunun" əsl məqsədindən xəbərsiz olan Sabir onun istəyini canla-başla (olmaz olsun bizim içimizdəki bu səmimiyyət, bu insan sevgisi!) yerinə yetirir, daşı öz maşınında onun qapısınacan gətirir. Mənzil başına yetişən erməni onun əlinə kumpulu verib daşı sındırmağı əmr edəndə, saf xasiyyətli Sabir onun sözünü yerinə yetirmir, rəhmdillik edir, kiminsə (lap erməni olsa belə!) başdaşını sındırmağı günah sayır:

- Mən başdaşını necə sındırım, mən bunu eləyə bilmərəm, - deyir.

Amma ermənilər özləri babalarının başdaşını sındırıb, orada gizlədilmiş qızılları çıxaranda Sabir başa düşür ki, illər boyu dost deyib çörək kəsdiyi adam əslində insanlıq simasını itirmiş iyrənc bir varlıqdır və ona, onun kimilərinə inanmaq, güvənmək ən böyük yanlışlıqdır. Və bir neçə ildən sonra onlar yenidən, həm də günahsız insanlarımızın qanına boyanmış torpaqlarımızda özünü hakimi-mütləq kimi aparan Arsaqla üz-üzə gələndə Sabir anlayır ki, bizim millətimiz ömrü boyu qoynunda ilan bəsləyib, illər boyu düşmənini ocaq başında çıxarıb...

 Bu düşmən də onun silahdaşlarını uf demədən güllələyir, özününsə bir gözünü oydurur, yarımcan hala salınmış cismini də yüksək miqdarda pul müqabilində girovluqdan azad etdirir.

Salatın xanımın digər bir hekayəsi isə "Zirzəmidə qazılan məzar" adlanır. Birbaşa Xocalı soyqırımını törədən ermənilərin iç üzünü açıb göstərən bu əsər azərbaycanlıların torpağını, minbir zillətə qurub-yaratdıqlarını yağmalıyan, yandıran, yüzlərlə insanı qışın damarda qan donduran şaxtasında qarlı meşələrdə qanına qəltan eləyən, qız-gəlinləri əsir götürən, insanlıq adına ləkə olan hərəkətləri ilə iyirminci yüzilliyin ən dəhşətli qətliamını törədən ermənilərin əməllərini dünyanın kar olmuş ictimaiyyətinə anlatmaq, eşitdirmək baxımından, ədəbi-sənədli material kimi çox əhəmiyyətlidir.

Zaman keçdikcə bu hadisələri görən, yaşayan insanlar nələrisə unuda, yada salmağa çətinlik çəkə bilər. Amma yazılanlar heç vaxt unudulmur, əlyazmalar yanmır- deyirlər. Bu mənada Salatın Əhmədlinin bu sənədli hekayələri Qarabağ hadisələrinin əsl mahiyyətini dərk etmək istəyənlər, daha çox da əcnəbi oxucular üçün tutarlı məlumat qaynağıdır.

Adını çəkdiyim bu hekayədə belə, azərbaycanlı öz tolerantlığına, əsl insani keyfiyyətlərinə sadiqdir. Ermənilər arvadlı-kişili goreşən çaqqallar kimi azərbaycanlıların işğalçı soydaşları tərəfindən dağıdılmış evlərini gəzib qənimət toplayarkən rastlaşdıqları Ərşaddan it kimi qorxurlar, canlarını sağ qurtarmaq, böyük günahlarını əfv etdirmək üçün onun ayaqlarına qapanıb yalvarırlar.

 Günlərdən bəri əzizlərini, doğmalarını tapmaq üçün çırpınan Ərşad anasının cansız bədənini elə o xarabalığa çevrilmiş evin zirzəmisində dəfn edəndən sonra üz-üzə gəldiyi düşmənin tayı olmadığını bir daha sübut edir, onları öldürmür, əksinə ayağı yaralı qadına kəndə yaxın bir yerdə qalıb oğru yoldaşlarını gözləməyə icazə verir. Ancaq Samvel- qadının qonşusu və rəfiqəsini əri deyəndə ki, o burada tək qala bilməz, evdə üç yetimi var, Ərşadın ürəyi dözmür, onun silahını da arvadlara qaytarır və:

- Qalın, - deyir - qış günüdür, heyvan-zad olar, özünüzü qoruyun!

 Bax, bu humanizmdir, bu böyük insani rəhmdillikdir azərbaycanlıları ermənilərdən fərqləndirən. Onlar bizim qadınların qarnını yarıb hələ doğulmamış körpələri süngüyə taxanda, adını həkim-yazıçı qoyan Zori Balayan kimiləri uşaqların dərisini diri-diri soyub bundan zövq aldıqlarını açıq-aşkar bəyan eyləyəndə bizim insanımız nədənsə yenə kişilik, alicənablıq edir, düşmənə aman verir, ilanın başını əzmir, ona yeni, həm də daha zəhərli ilancıqlar yetişdirmək şansı verir.

 Salatın xanımın toxunduğu mövzular, qələmə aldığı hadisələr, son 200 ildə xalqımızın başına gətirilən müsibətlərin, üst-üstə yaşadığı faciələrin çox cüzi epizodlarıdır.

Ötən yüzillikdə 4 dəfə soyqırıma məruz qalan, yurdundan-yuvasından qovulan, öz şəhərində, öz dədə-baba kəndində yaxılıb-yandırılan, diri-diri toplum məzarlara gömülən yüzminlərlə soydaşımızın intiqamını almaq əvəzinə biz yaxın dünənə kimi (1988-90-cı il hadisələrinədək) Bakıda, Şamaxıda, Gəncədə, Qubada və bütövlükdə Azərbaycanda və təbii ki, Qərbi Azərbaycanda ən gəlirli, məsul və siyasi əhəmiyyət daşıyan vəzifələrlə erməniləri şərəfləndirmişik. Onlarsa gizli erməni təşkilatlarına yardım edərək əsas məqsəd və hədəflərindən - Böyük Ermənistan yaratmaq ideyasından bir an belə əl çəkməyiblər, əksinə, bu sərsəm niyyətlərini gerçəkləşdirmək üçün bütün imkanlarını səfərbər ediblər. Bizsə, nədənsə həmişə sadəlövh sabirlər olmuşuq ("Başdaşı"əsərinin qəhrəmanı), çünki az qala bir ömürdə 4 qırğına şahid olmuş baba və nənələrimiz də, oxuduğumuz kitabların müəllifləri də bunu bizə deməyiblər, ermənidən düşmən obrazı, rusdan işğalçı tipajı yaratmayiblar! Nədənsə bizim yazıçı və şairlərimiz ermənilərin Silva Kaputikyanı, Paryur Sevakı, qatı daşnak və cəllad Zori Balayanı kimi hələ Sovetin qılıncının dalı-qabağı kəsən illərdə televiziya verilişlərində çıxış edib yeniyetmələrə "türk sənin düşmənindir"-deyəndə susublar, onlara cavab vermək əvəzinə Erebuni şəhərinin qondarma 2750 illik yubileyində iştirak ediblər.

Dərd böyük, sual çox, cavab yox...

Martın 31-də biz azərbaycanlıların Soyqırımını yad edəcəyik. Təəssüf ki, yenə özümüz deyəcək, özümüz eşidəcək, özümüz yazıb, özümüz oxuyacağıq!

Amma könül istər ki, xarici səfərlərə yollanan hər bir azərbaycanlı özü ilə Salatın Əhmədlinin artıq ingilis və rus dillərinə tərcümə olunmuş bu hekayələr kitabından da bir nüsxə aparsın! Qorxmayın, bu kitab ağır deyil, sadəcə orada yazılmış həqiqətlərin çəkisi və dəyəri çox ağırdır...

 





31.03.2015    çap et  çap et