525.Az

Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix dəqiqləşib


 

Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix dəqiqləşib<b style="color:red"></b>

İyunun 12-dək 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bu tarixi hadisənin aprelin 26-da yaşanacağını deyib.
 
O bildirib ki, məşəl yandırıldıqdan sonra Azərbaycanın region və şəhərlərini gəzəcək. Məşəli ölkəmizin ərazisində tanınmış şəxsiyyətlər və idmançılar bir-birinə təhvil verəcəklər.

Aprelin 26-da yandırılacaq məşəl iyunun 11-də yenidən paytaxta qaytarılacaq.
 
Qeyd edək ki, məşəlin 51 şəhərimizdə olması nəzərdə tutulub.

 





31.03.2015    çap et  çap et