525.Az

İbrahim Tatlısəs üsyan etdi


 

İbrahim Tatlısəs üsyan etdi

Silahlı hücumda ağır yaralandıqdan sonra sağlamlığına qovuşan və Ayşəgül Ulduzla nigah masasına oturan İbrahim Tatlısəs üç aydır atalıq həyəcanı yaşayır.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur sənətçi uşağının cinsiyyəti haqqında yayılan xəbərlərə “Tvitter” səhifəsindən üsyan edib:

”Ölkədə bu qədər problemlər, sıxıntılar varkən hər kəs İbrahim Tatlısəsin körpəsinin ardına düşüb: “qızmı, oğlanmı? – deyə”... “Qız olsa, kimə nə, oğlan olsa kimə nə?! Cinsiyyətini hələ mən özüm də bilmirəm! Allah hər şeyin xeyirlisini versin!”

 





13.09.2012    çap et  çap et