525.Az

Dünyanın ən yaşlı sakini vəfat etdi


 

Dünyanın ən yaşlı sakini vəfat etdi<b style="color:red"></b>

Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib.

APA-nın Kiodo agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 1-də Misao Okava 117 yaşında dünyasını dəyişib.
 
1898-ci il, martın 5-də doğulan Misao Okava həmyerlisi, 116 yaşlı Dziroemon Kimuranın vəfatından sonra planetin ən qoca sakini sayılırdı.
 
Onun 3 övladı, 4 nəvəsi, 5 nəticəsi var. Misao Okava Osaka şəhərinin qocalar evində dünyasını dəyişib.

 





01.04.2015    çap et  çap et