525.Az

"Pegasus" Azərbaycana uçuşları dayandırmayıb"


 

"Pegasus" Azərbaycana uçuşları dayandırmayıb"<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” (AZAL) QSC “Pegasus” aviaşirkətinin Azərbaycana uçuşların dayandırılması ilə bağlı mətbuatda gedən yazılara aydınlıq gətirib.

AZAL-ın Xidmət rəisi Məhərrəm Səfərli "APA-Economics"ə bildirib ki, “Pegasus” AZAL ilə əməkdaşlıq etsə də, adıçəkilən şirkət Heydər Əliyev adına Beynəlxalq Hava Limanına heç zaman uçuş həyata keçirməyib.
 
"Pegasus" Azərbaycana ümumiyyətlə müntəzəm uçuşlar həyata keçirməyib. Biz ancaq “Pegasus” ilə kod-şerinq müqaviləsi əsasında bilet satışı həyata keçirirdik. Bu müqavilə də martın 28-dən dayandırılıb", - deyə M. Səfərli vurğulayıb.

 





01.04.2015    çap et  çap et