525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Aprelin 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var.
 
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava">hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə saxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 





01.04.2015    çap et  çap et