525.Az

Elman Rüstəmovun namizədliyi yenə Mərkəzi Bankın üzvü vəzifəsinə irəli sürülüb


 

Elman Rüstəmovun namizədliyi yenə Mərkəzi Bankın üzvü vəzifəsinə irəli sürülüb<b style="color:red"></b>

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

“APA-Economics”in məlumatına görə, iclasda Elman Sirac oğlu Rüstəmovun, o cümlədən, Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə olunub.
 
Millət vəkilləri Elman Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirib, onun bank sistemindəki rolu barədə danışıblar. Bununla yanaşı, millət vəkilləri manatın devalvasiyası ilə bağlı Mərkəzi Bankın sədri E. Rüstəmova suallar ünvanlayıblar.
 
Daha sonra çıxış edən E. Rüstəmov artıq 5-ci dəfə İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin sədrliyinə namizədliyinin təqdim edildiyini bildirib. “Mən bunu böyük etimad və etibar kimi qiymətləndirirəm. Bu mənim üzərimə böyük məsuliyyət qoyur”, - deyə E. Rüstəmov vurğulayıb.
 
İclasın sonunda E. Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi plenar iclasda təsdiqlənməsi tövsiyə edilib.

 





01.04.2015    çap et  çap et