525.Az

"Dollarlaşma prosesi davam edir"


 

"Dollarlaşma prosesi davam edir"<b style="color:red"></b> Azərbaycanda dollarlaşma prosesi davam edir.
 
“APA-Economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
 
E. Rüstəmov Mərkəzi Bank tərəfindən valyuta bazarında 1 milyard dollar satış həyata keçirməsinə dollarlaşma prosesinin hələ də davam etməsi prosesi ilə əlaqələndirib.

"Aprel-may aylarında da dollarlaşma prosesi gedəcək. Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik. Bizim kifayət qədər valyuta ehtiyatımız var və əmanətlərin dollara çevrilməsində heç bir problem yaranmayacaq. Ona görə də valyuta bazarında bu satış edilir. Bunun bir hissəsi əhalinin tələbatlarına yönəldilib, digər hissəsi isə dövlətin ehtiyacı ilə əlaqədar sərf olunub".
 





01.04.2015    çap et  çap et