525.Az

Azərbaycan mətbəx brendini Avropa Oyunlarında təqdim edəcək


 

Azərbaycan mətbəx brendini Avropa Oyunlarında təqdim edəcək<b style="color:red"></b>

Azərbaycan milli mətbəx brendini təqdim edəcək. Artıq yeni brend patentləşib.

Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, Azərbaycan milli mətbəx brendini Avropa Oyunları zamanı və oyunlardan sonra təqdim edəcək.

Nazir bildirib ki, yeni brend ilkin mərhələdə bir neçə oteldə, daha sonra isə bütün otellərdə təqdim olunacaq:
 
"Azərbaycanda keçirilən tədbirlər və idman yarışları zamanı yeməkxanalarda təqdim edilən milli xörəklərimiz ölkəmizə gələn turistlərin çox xoşuna gəlir. Ümidvaram ki, otellər bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyi olacaq. Nazirlik otellərə Azərbaycan mətbəx nümunələrini turistlərə təqdim etməyi tövsiyə edəcək”.

 





02.04.2015    çap et  çap et