525.Az

“Divergent, 2-ci hissə İnsurgent” filmi təqdim edildi


 

“Divergent, 2-ci hissə İnsurgent” filmi təqdim edildi <b style="color:red"></b>

“28 Cinema” kinoteatrında “Divergent, 2-ci hissə İnsurgent” adlı filmin ilkin nümayişi baş tutub.

18 martda “28 Cinema” kinoteatrında Veronika Rotun “Divergent, 2-ci hissə İnsurgent” adlı romanı əsasında rejissor Robert Şventkenin çəkdiyi filmin ilkin nümayişi baş tutub. Film prokata 19 mart 2015-ci il tarixinə planlaşdırılır.

“Divergent, 2-ci hissə: İnsurgent” filmi normadan istənilən kənara çıxma halının məhv edilmə ilə nəticələndirdiyi cəmiyyət haqqında antiutopiyanın yeni fəslini əks etdirir.

Bu yeniyetmə kinoseriyasının əsas qəhrəmanı Beatris Prior özü kimi şəxslərin hüquqları uğrunda mübarizəsini davam etdirir və özyaşıdlarına yorulmadan izah edir ki, dünyada hər hansı dəyişikliyin vaxtı çoxdan yetişib.

Beatris rolunu gənc aktrisa Şeylin Vudli ifa edir. O, yaxınlarını məhv edən qəddar sistemə qarşı mübarizə yolunu tapmalıdır. Bəs, onların sırasında növbə kimindir? Üzdə görünən quruluşun əsasında dayanan qorxunc təfərrüatlar get-gedə məlum olur və o, öz dünyasında dəyişikliyin zərurətini artıq gizlədə bilmir. Lakin, bu mübarizədə əsas məqsəd düşmənin onun qəlbində yaratdığı ayrılığa qalib gəlməkdir.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir.
 
“28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

 





19.03.2015    çap et  çap et