525.Az

Səbinə Babayeva ərə gedir


 

Səbinə Babayeva ərə gedir

Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil etmiş və dördüncülük qazanmış Səbinə Babayevanın toyu olacaq.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səbinə Babayeva İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru, eyni zamanda Azərbaycanın ev sahibliyi etmiş “Eurovision 2012” filminin rejissoru Cavidan Şərifovla ailə həyatı qurur. Artıq toyun günü və yeri müəyyənləşdirilib.

Toy sentyabrın 26-da Bakının məşhur restoranlardan birində gerçəkləşəcək.

 





13.09.2012    çap et  çap et