525.Az

2013-cü ildə sosial müavinətlərin və ünvanlı yardımların məbləği artacaq


 

2013-cü ildə sosial müavinətlərin və ünvanlı yardımların məbləği artacaq<b style="color:red"></b> "2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı sosial yardımların (ÜSY) orta aylıq məbləği artacaq".

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

"2013-cü ildə ehtiyac meyarının 93 manatadək artırılacağı nəzərə alınaraq, ailələrə verilən ÜSY-nin orta məbləği indiki 110 manatdan 120-130 manatdək qaldırılacaq. ÜSY-nin əhatə dairəsi də genişlənir. Bu gün ünvanlı sosial yardım alanların sayı 130 min nəfər təşkil edir", - Rəhimov deyib.
Onun sözlərinə görə, habelə 2013-cü ildə sosial müavinətlərin indeksasiyası da aparılacaq.
 





05.12.2012    çap et  çap et