525.Az

Əri ilə dalaşan qadın özünü öldürüb


 

Əri ilə dalaşan qadın özünü öldürüb<b style="color:red"></b>

Bu gecə Quba rayonunda intihar hadisəsi baş verib.

Quba rayon prokuroru Nazim Hacıyevin anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, Tülər kənd sakini, 1986-cı il təvəllüdlü Düriyə Rasim qızı Mütəllimova kimyəvi maddə içib.

Güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən gənc gəlin saat 05:00 radələrində Düriyə Mütəllimova dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Düriyə Mütəllimova həyat yoldaşı Şahlar Mütəllimovla dalaşıb. Onun bu səbəbdən intihar etməsi ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 





05.12.2012    çap et  çap et